DSMF-lə keçmiş işçisi arasında qalmaqal

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçmiş işçisi Sevinc Cavadova qurumu məhkəməyə verib. 

Sevinc Cavadovanın iddia tələbi işə bərpa olunması ilə bağlıdır. 

Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Sevinc Cavadova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellaysiya Məhkəməsində Xumar Mərdanovanın sədrlik edəcəyi hakimlik kollegiyası tərəfindən baxılacaq. 

Sevinc Cavadova DSMF-də baş mütəxəssis vəzifəsində çalışıb. O, bir müddət əvvəl işdən çıxarılıb.

DSMF Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qurumun İdarə Heyətinin sədri Himalay Məmişovdur. O, 2019-cu ildən bu vəzifədədir./"qaynarinfo"