Döyüş yoldaşlarını xilas edən azərbaycanlı HƏLAK OLDU

Voronej vilayətinin azərbaycanlı icması Rusiya Silahlı Qüvvələrinin əsgəri Sahib Əsədullayevin ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edildiyi barədə məlumat yayıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Borisoqlebsk şəhərinin sakini Sahib Yusif oğlu Əsədullayev iyunun 29-dan 30-na keçən gecə “Donetsk Xalq Respublikası” ərazisinə pilotsuz təyyarənin hücumu zamanı həmkarlarını təkbaşına müdafiə edərək qəhrəmancasına həlak olub.

20 yaşlı gənc altı yoldaşının həyatını xilas edib.