Donuz ürəyi köçürülən ikinci xəstə də VƏFAT ETDİ

Donuz ürəyi transplantasiyası edilən dünyada ikinci xəstə də dünyasını dəyişib. O, əməliyyatdan sonra cəmi altı həftə yaşaya bilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ-nin Merilend Universiteti Tibb Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, bu universitetin cərrahları eyni əməliyyatın ilkini də həyata keçirmişdilər. O zaman xəstə transplantasiyadan iki ay sonra ölmüşdü.