Braziliyanın Parana ştatının federal və hərbi polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə əməliyyatı zamanı kənddə içərisində 7 tondan çox marixuana, həmçinin tüfəng və sursat olan bunker aşkarlayıb.
Bu barədə Parana Hərbi Polisinin mətbuat xidməti məlumat yayıb.
“Donuz fermasının yeraltı bunkerində külli miqdarda marixuana aşkar edilib ki, onların ümumi çəkisi çəkildikdən sonra təxminən 7 235 kq təşkil edib. Həmçinin iki 7,62 və 5,56 kalibrli tüfəng, 257 7,62 kalibrli və 400 5,56 kalibrli patron ələ keçirilib”, - açıqlamada deyilir.
Axtarış zamanı fermanın ərazisində heç kim olmayıb. Axtarışlar davam edir.