Ötən il Dövlət Gömrük Komitəsi (DGK) 640,94 kiloqramdan çox narkotik vasitə, psixotrop maddələr və onların prekursorlarını qanunsuz dövriyyədən çıxarıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bunun da, 91 %-ni daha təhlükəli ağır narkotiklər olan heroin təşkil edib.
Hesabat dövründə gömrük orqanlarının əməkdaşları tərəfindən 58 fakt üzrə ümumilikdə 1 644,5 qram (2022-ci illə müqayisədə 2,4 dəfə çox) güclü təsiredici maddələr və 87,5 min ədəd sibutramin (5 dəfə çox) tərkibli güclü təsiredici maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Ötən il DGK 1 fakt üzrə zəhərli maddə hesab olunan 50,3 qram civə aşkar edərək götürüb.