Deputat sənətçilərin narkoloji testdən keçirilməsini təklif etdi

Rusiyada Dövlət Dumasının deputatı Sultan Həmzəyev sənətçilərin səhnəyə çıxmazdan əvvəl alkoqol və narkotik maddə olub-olmadığını yoxlamağı təklif edib.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki,  dövlət qulluqçusunun sözlərinə görə, bu, ciddi tələb olmalıdır.

"Estrada ulduzlarının, müğənnilərin və şoumenlərin alkoqol və ya narkotikdən sərxoş halda səhnəyə çıxmasını qadağan etmək lazımdır", - deyə Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib. 

Belə ki, o, ictimai xadimlərin alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində görünməsinə görə məsuliyyətin sərtləşdirilməsini, o cümlədən onların ictimai çıxışlarına qadağa qoyulmasını təklif edib.