“Day-dayım var, sürürəm” deyən qadın sürücü cəzalandırıldı - VİDEO / YENİLƏNİB

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını bildirib.

Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Qalmaqallı videoda qeydə alınan avtomobilin icarəyə verildiyi deyilən "Rent a Car"dan isə bildirilib ki, onların ünvanlarına səsləndirilən ittihamlar əsassızdır:

"Yayılan videodakı qadın bizə müraciət etməyib, bizim müştərimiz olmayıb. Maşını Əli adlı kişi icarəyə götürüb. Müştəri avtomobili qadın sürücüyə verib və bu hadisə olub. Bütün məsuliyyət maşını götürən şəxsə aiddir".

Ətraflı Baku TV-nin süjetində:

Gəncədə "day-dayım var, sürürəm" deyərək idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan xanım sürücü saxlanılıb.

Stopnarkotik.az metbuat.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, xanımın "day-day" dediyi tanışı öz adına avtomobil icarəyə götürüb və ona bir neçə saatlıq sürməsi üçün verib. Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib: "Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub. Şəxslə profilaktiki söhbət aparılaraq barəsində inzinati protokol tərtib olunub".

Xatırladaq ki, Gəncədə xanım sürücü idarə etdiyi avtomobillə kobud qayda pozaraq təhlükəli manevrlər edib, həmin anın videogörüntüsünü sosial şəbəkə hesabında paylaşıb.

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona kiminsə "day-dayılıq" etdiyini bildirib.