Daşkəsəndə intihar baş verib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, 57 yaşlı Tofiq Abdullayev yaşadığı mənzilin hamamında özünü asıb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda araşdırma aparılır.