Daşkəsənə yağan qar bir sıra fəsadlar törədib

Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə yağan qar bəzi fəsadlar törədib.

Stopnarkotik.az xəbər verir ki, vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetr olub.

Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda qismən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.

Qeyd edək ki, hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.