Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mette Frederiksen açıqlayıb.
Baş nazirin sözlərinə görə, yeni hərbi yardım paketi 195 milyon funt sterlinq həcmindədir.
O bildirib ki, qalibiyyət üçün indi Kiyevə daha çox dəstək lazımdır.
Xatırladaq ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen F-16 qırıcı təyyarələrinin yayda Ukraynaya veriləcəyini bildirmişdi.