Danimarka müxalifəti hökumətin Quranın yandırılmasını qadağan etmək planlarına qarşı çıxıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Müxalifət qadağanın ifadə azadlığını təhdid etdiyini iddia edir. Danimarkanın 7 əsas müxalifət partiyası etiraz bəyanatı imzalayıb.
"Hökumət kənar təzyiqlərə boyun əyməklə, həm də xarici ölkələrin milli siyasətə qarışmasına yol aça bilər", - bəyanatda deyilir.
Ölkənin ədliyyə naziri Piter Hummelqaard bildirib ki, etirazlara baxmayaraq, hökumət Quranların yandırılmasının qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib.