Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.
Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz teleqram kanalında yazıb.
Məlumata görə, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olub..
"Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına rəhbərlik edib", - o yazıb.