DAĞISTANDA ƏMƏLİYYAT: "Crocus" terrorunu maliyyələşdirən dəstə üzvləri saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda əməliyyat keçirib, "Crocus" terrorunu maliyyələşdirən dəstənin üzvləri saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Bildirilib ki, Dağıstanda saxlanılan yaraqlılar "Crocus"da terror aktını törədənlərin maliyyələşdirilməsində və onlara dəstək verilməsində iştirak ediblər.

Dəstəyə dörd nəfər daxil olub. Məlum olub ki, onlar, həmçinin Kaspiyskdə terror aktı planlaşdırıblar, bundan dərhal sonra Rusiyanı tərk etmək niyyətində olublar.

FTX Dağıstanda saxlanılan silahlıların Kaspiyskdə sahili partlatmaq niyyətində olduqlarını açıqlayıb.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar.