Ümumilikdə cəzaçəkmə müəssisələrində işləyən 30 nəfər həkim psixoloq-narkoloq var. Bu, azdır.
Stopnarkotik.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən Rafael Mehdiyev "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.
O qeyd edib ki, cəzaçəkmə müəssisələrindən ciddi kadr axını var:
"Son illərdə 88 tibb işçisi işdən çıxıb. Bu bizim tibb işçilərinin 20 faizini təşkil edir. Gələcəkdə penitensiar müəssisələrdə işləmək üçün xüsusi hazırlanan şəxs qısa müddət sonra işdən çıxıb. Bu şəxslər mülki sektorda maaşın daha yüksək olduğunu deyirlər. Bunun qarşısında heç nə edə bilmirik. Maliyyə Nazirliyinin qarşısında bunu qaldırdıqda, nəticə əldə olunmur. Onlar buna fikir vermir. Belə dəyirmi masalarda ona görə maliyyə nazirliyinin təmsilçilərinin də olmasını arzu edərdik".