Çətin tərbiyə olunan uşaqların yerləşdirilməsi üçün müəssisə açılacaq

Nazirlər Kabineti yanında Yetkin yaşına çatmayanlarının hüquqlarının müdafiəsi komissiyasının çətin tərbiyə olunan uşaqların yerləşdirilməsi üçün müəssisəsinin açılması oktyabr ayına nəzərdə tutulub.

Stopnarkotik.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev deyib.

O bildirib ki, bu müəssisənin idarəetməsu Elm və təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyində olacaq: “Bu müəssisə hələ açılmayıb. Zorakılığa məruz qalmış, çətin tərbiyə olunan uşaqlar orada yerləşdiriləcək. Komissiyalarda psixoloq ştatı var, amma təklif edirəm ki, bu ştat artırılsın”.