Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən “The Crown” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb. İaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı 2 ədəd 0.5 litrlik və 2 ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı 1 ədəd 3 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.