“İlk öncə sizi 1 yaşınız münasibətilə təbrik edirəm. Arzu edirəm ki, 10 illiyinizi, 20 illiyinizi qeyd edəsiniz. Mən sizin saytın aktiv izləyicilərindənəm və onu diqqətlə izləyirəm. Əlbəttə, millətimiz, vətənimiz üçün faydalı iş görürsünüz”.
Stopnarkotik.az xəbər verir ki, bu fikirləri saytımızın 1 yaşının tamam olması ilə bağlı narkoloq-həkim, asılılıq üzrə mütəxəssis Ramin Allahverdiyev bildirib. O, daha sonra əlavə edib:
“Bildiyimiz kimi, narkomaniya hal-hazırda çox aktual problemlərdəndir ki, biz də dövlətimizin nəzarətində bacardığımız qədər faydalı olmağa çalışırıq. Sizin fəaliyyətinizdə də müşahidə olunur ki, daha aktual mövzulara toxunursunuz, işıqlandırırsınız və problemlərin lazımı dövlət strukturlarının diqqət mərkəzində olmasına şərait yaradırsınız. Sizə bu ağır və məsuliyyətli işdə uğurlar arzulayıram.
Öz adıma isə, məndən aldığınız müsahibələrdə bacardığım qədər cəmiyyətimizi maarifləndirməyə, faydalı məlumatlar verməyə imkan yaratdığınız üçün təşəkkür edirəm. Təşəkkür edirəm ki, mənim şəxsi bilik və təcrübəmdən yararlanıb, cəmiyyəti faydalı informasiyalarla təmin etməyə şərait yaratmısınız”.
Ramin Allahverdiyev narkoloq-həkim olaraq öz təkliflərini də dilə gətirdi: “Dünya təcrübəsində effektiv olmayan metodlardan biri - xəbərlərinizdə həddən çox qorxuya meylli alt mesajlar verirsiniz. Məsələn, buna şprits, narkotik maddə şəkli daxildir ki, bu tip mesajlar insanlara maddədən uzaqlaşmaq yox, fərqli mif yaradır. İnsanlarda maraq məsələsi ortaya çıxır. Bu, bizim araşdırmamızın nəticəsi deyil, dünya təcrübəsində belədir.
Amma digər maarifləndirici faydalı xəbərləriniz çox yararlıdır. Çox aktual məsələlərə toxunursunuz ki, bu da dövlətimizin diqqətini cəlb edir və operativ şəkildə cəmiyyətimizdə bununla bağl müsbət addımlar atılır”.
Stopnarkotik.az