Cəlilabad şəhəri, Ş.İ.Xətai küçəsində fərdi yaşayış evində meyitləri tapılan ər və arvadın şəxsiyyətləri məlum olub.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, onlar rayon sakinləri, 1963-cü il təvəllüdlü Ağadadaş Şikarov və 1977-ci il təvəllüdlü Mehbarə Şikarovadır.
Meyitlər müayinə olunmaları üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Onların dəm qazından öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 18:49
Cəlilabadda ailə üzvlərinin meyitləri tapılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, ər və arvadın meyiti Cəlilabad şəhərində, fərdi yaşayış evlərin birində tapılıb.
İlkin ehtimala görə onların dəm qazından ölməsi ehtimal olunur.
Hazırda hadisənin təfərrüatları və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.