Cəlilabadda 14 yaşlı oğlan itkin düşdü - FOTO

Cəlilabad rayonunda 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən məktəbdən sonra, təqribən, saat 18 radələrində itkin düşüb.

O, evdən çıxarkən əynində ağ köynək və əlində əl çantası olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, həmin azyaşlının 30 may tarixində saat 18 radələrində yaşadığı evdən çıxaraq bir daha qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Hazırda P.Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.