Rusiya və Çin Boliviyada litium hasilatına birgə 1,4 milyard dollar sərmayə qoyurlar. Elektrikli nəqliyyat vasitələrinin tətbiqi üzrə qlobal tendensiya fonunda litium getdikcə daha qiymətli materiala çevrilir, çünki ondan batareyalar hazırlanır. Stopnarkotik.az "CNA" istinadla yazır ki, müqavilə Boliviyanın "Rosatom" şirkəti və "Citic Guoan Group" arasında imzalanıb. 2025-ci ilə qədər ildə 100 min ton litium karbonat istehsalı planlaşdırılır.
Boliviyada litium ehtiyatları 21 milyon tonu keçsə də, ölkə heç bir şəkildə istehsal qura bilmir. Bundan başqa Çili və Argentinada da böyük yataqlar var.
Stopnarkotik.az