ABŞ-ın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin xüsusi əməliyyatlar şöbəsinin keçmiş rəhbəri Derek Malts bildirib ki, Çin hakimiyyəti ABŞ-a yüksək narkotik dozasından ölümlərin çoxalmasına səbəb olan fentanil və metamfetamin kimi təhlükəli ölümcül maddələrin gətirilməsinə şərait yarada bilər.
Stopnarkotik.az xəbər verir ki, idarənin əməkdaşları Çin Xalq Respublikası hökumətinin son on ildə Meksika narkokartellərini fentanilin istehsalı üçün külli miqdarda xammal ilə təchiz etməsi barədə kifayət qədər dəlil-sübut toplayıblar. Təbii ki, sonra bu xammaldan fentanil və digər dəhşətli narkotiklər istehsal olunur və ABŞ-a daşınaraq insanlara satılır. Prezident Baydenin zamanında bu problem daha da kəskinləşib. Belə ki, 2016-2021-ci illər arasında məhz fentanil üzündən ölümlər 279% artaraq, hər 100 000 nəfərə 21,6 ölüm hadisəsinə çatıb.
Stopnarkotik.az