Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Stopnarkotik.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü İsveçrədən olan referi Urs Şnider idarə edəcək.
"Ludoqorets" son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir. Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub. Komanda 8-i dalbadal olmaqla 10 dəfə Avropa kuboklarının qrupunda çıxış edib.
Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.
"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.
Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.
6 avqust.
20:00. “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan)
Baş hakim: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)
VAR hakimləri: Fedayi San, Johannes von Mandach
Tofiq Bəhramov adına Respublika Stadionu