Bu xəstəxananın direktoru vəzifəsindən azad edildi - RƏSMİ AÇIQLAMA

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.

F.Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

TƏBİB-dən verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.