Bu şəxslər yüksək vəzifəyə təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə I müavin və dörd müavin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Stopnarkotik.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, indiyə qədər sədr müavini olan Əliyar Qəhrəman oğlu Məmmədyarov sədrin I müavini təyin edilib.

Bundan başqa, Milli Məclisin noyabrın 7-də AMB-nin İdarə Heyətinin üzvləri kimi təsdiqlədiyi Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayevanın AMB sədrinin müavinləri təyin olunub.