Bu ölkədə Rusiya casusu həbs edildi

Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiya vətəndaşı olan şəxsi Moskvanın xeyrinə casusluqda günahlandıraraq həbs edib.

Bunu Polşanın ədliyyə naziri, baş prokuror Zbiqnev Zebro tviter səhifəsində yazıb.

İstintaqın məlumatına görə, adı açıqlanmayan şəxs 2021-ci ilin oktyabrında Polşaya gəlib.

Prokuror idmanla məşğul olan həmin şəxsi mütəşəkkil cinayətkar qruplaşmada iştirakda və xarici kəşfiyyata işləməkdə ittiham edib.

Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Polşa ilə Rusiya arasında münasibətlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra pisləşib. İki ölkə arasında qarşılıqlı ittihamlar pik həddə çatıb.