Bu ölkə azərbaycanlı qadını AXTARIŞA VERDİ: terrorçuluğa görə... - FOTO

Rusiya azərbaycanlı qadını axtarışa verib. 

Stopnarkotik.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib. 

Qeyd olunur ki, 39 yaşlı Şəfiqə Fərhadova terrorçuluq və qanunsuz silahlı qruplaşmalarda iştirak etməkdə təqsirli bilinir. 

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış qərarı çıxarıb və saxlanılması üçün İnterpola müraciət edib.