Bu apteklərdə yoxlama aparıldı, nöqsanlar aşkarlandı

2023-cü ilin avqust ayı ərzində ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Bu barədə  Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 3 aptek təşkilatında nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.