"Bu alçaqlığa göz yumanlar məqsədlərinə çatmayacaqlar" - ƏRDOĞAN

“İsveçdə "Quran"ın yandırılması, eləcə də bu cinayəti törədənlər, fikir azadlığı adı altında buna icazə verənlər, bu alçaqlığa göz yumanlar məqsədlərinə nail olmayacaq".

Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə olaraq nə təxribat siyasətinə, nə də təhdid siyasətinə heç vaxt boyun əyməyəcəyimizin bilinməsini istəyirəm. Terror təşkilatları və İslam düşmənləri ilə qətiyyətlə mübarizə aparana qədər reaksiyamızı ən sərt şəkildə göstərəcəyik. Biz sonda Qərbin təkəbbür abidələrinə öyrədəcəyik ki, müsəlmanların müqəddəslərini təhqir etmək fikir azadlığı deyil”.