Bəşəriyyət üçün böyük təhlükə... - İLON MASKDAN XƏBƏRDARLIQ

Amerikalı sahibkar İlon Mask xəbərdarlıq edib ki, bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə Mask paylaşımında bildirib.

İş adamı əvvəllər bəyan edirdi ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır.