Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov saxlanılıb.
DİN-in mətbaut xidmətində Stopnarkotik.az-a verilən xəbərə görə, ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.
Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayıș evindən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.