Braziliya prezidenti Luiz İnasio Lula da Silva Braziliyanın İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Stopnarkotik.az xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsrailin Qəzza zolağına hücumları ilə bağlı açıqlamalarından sonra İsrail Xarici İşlər Nazirliyi Braziliyanın İsraildəki səfirini çağırdıqdan sonra Braziliya oxşar addım atıb.
Braziliya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Braziliya prezidenti Lula Braziliyanın İsraildəki səfirini məsləhətləşmələr üçün ölkəyə geri çağırıb.
Afrika Birliyi Sammitində iştirak etmək üçün Efiopiyanın paytaxtı Əddis-Əbəbədə olan Braziliya prezidenti Lula, "Qəzza zolağında baş verənlər müharibə deyil, soyqırımdır. Bu, əsgərlərin əsgərlərə qarşı müharibəsi deyil. Bu, yüksək hazırlıqlı bir ordu və qadınlar və uşaqlar arasında müharibədir" deyib.
İsrailin Qəzza zolağına hücumlarının Holokostla eyni olduğunu ifadə edən Lula, "Qəzza zolağında Fələstin xalqının başına gələnlər tarixin heç bir zamanında baş vermədi.