BQXK-nın Xankəndidəki ofisi Bərdəyə köçürüldü

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.

Stopnarkotik.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, BQXK-nın o ərazilərdə olan fəaliyyəti Bərdə ofisindən həyata keçiriləcək və ehtiyacı olan insanlara dəstək yönlü işlər davam etdiriləcək.

Qeyd edək ki, BQXK-nın Xankəndidəki ofisinin fəaliyyəti dayandırılıb.