BMT-nin İnsan Haqları ofisi Gürcüstan hökumətinə “xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməməyə çağırıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın “X” platformasındakı paylaşımında məlumat yer alıb.
“Biz Gürcüstan rəsmilərini maliyyəsinin 20%-dən çoxunu xaricdən qəbul edən vətəndaş cəmiyyəti təşkilatları və media orqanlarını “xarici qüvvələrin maraqları əsasında fəaliyyət göstərən təşkilatlar” kimi damğalayacaq bu qanun layihəsini geri çəkməyə çağırırıq. Bu, söz və birləşmək azadlığına ciddi təhdid törədir”, - bəyanatda bildirilib.