"Biriləri Netanyahuya “dur” deməzsə..." – Hakan Fidandan sərt açıqlamalar / VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bədr Əbdüləti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bir sıra açıqlamalar verib.

Hakan Fidan HƏMAS liderinin Tehranda ölüdürülməsindən danışıb və İsraili sərt şəkildə tənqid edib.

H. Fidan İsrailin bu hücumlarını “böyük təhlükə” adlandırıb: “Netanyahu sülh istəmir. İsmayıl Haniyənin öldürülməsi də bunun göstəricisidir. İsrail atəşkəsin əsas müzakirəçisini öldürdü.İsrailin hücumları böyük təhlükədir. Biriləri Netanyahuya “dur” deməzsə, bütün dünya bunun əvəzini ağır ödəyəcək. Qərb üç meymun rolunu oynayır. Netanyahunun yeri konqres deyil, müttəhimlik kürsüsüdür”.

“İsrailin sahibləri artıq onun xaltasını əllərinə almalı, sahib çıxmalıdırlar. Regionumuz İsrailin növbəti təxribatlarına dözmək iqtidarında deyil. ABŞ-nin İsrailin etdiyi hər pisliyi ört-basdır etməyə çalışması qəbuledilməzdir. Qərb bu coğrafiyada bütün mənəvi üstünlüyünü itirib”,- deyə H. Fidan bildirib./azpolitika.info