Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.

Hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.

Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq  ölüb. 

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.