İsrailin boşaldılmasını tələb etdiyi Qəzzanın şimal bölgələrindən qaçanlar cənuba sığındılar. Ancaq burada onlar təhlükəsiz deyillər. İsrail cənubu da intensiv bombardmanlar altında saxlayır. Evlərini tərk edərək Xan Yunusa gedən və oradakı hava hücumunda həyatını itirən Qəzzadan bir ailənin hekayəsi ürək ağrıdır...
Stopnarkotik.az sherg.az-a istinadən xəbər verir ki, 18 yaşlı Dima Allamdani ailəsi ilə birlikdə Qəzzadan cənubdakı Xan Yunus üçün qaçan yüz minlərlə insan arasında olub. Lakin onların Xan Yunisdə sığındıqları yer İsrailin hücumunun hədəfinə çevrilib.
Allamdani, qardaşı və iki kiçik əmisi oğlu hücumdan sağ qalıb. Amma ailənin qalan 13 üzvünün o qədər də bəxti gətirməyib. Onların hamısı həyatını itirib.
18 yaşlı Əlləmdani ata-anasını, 7 qardaşını və əmisinin ailəsindən 4 nəfəri itirməyin dərin ağrısını yaşayır. Allamdani meyitxanada bütün sevdiklərini müəyyən etməli olub.
Dima Allamdani indi 2 kiçik bacısı və əmisi oğlu ilə sağ qalmağa çalışır.
Allamdani İsrailin şiddətli bombardmanları səbəbindən daim qorxu içində yaşadıqlarını deyir.