Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.
Stopnarkltik.az xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.