Beyləqanda 31 yaşlı kişi tir tüfəngi ilə güllələndi

Beyləqanda güllələnmə olub.

Hadisə Beyləqan şəhərinin ərazisində yerləşən torpaq sahəsində qeydə alınıb.

Şəhər sakini 1955-ci il təvəllüdlü Adil Əkbər oğlu Kərimov özünə məxsus “İJ-30” markalı tir tüfəngindən açdığı atəşdən həmyerlisi 1993-cü il təvəllüdlü Şamo Şəmşir oğlu Hüseynova xəsarət yetirib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.