Beyləqan rayonunda daha 3 ədəd odlu silah polisə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərindən mərhum ailə üzvlərinə aid olmuş 3 odlu silah polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.