Beş yüz həbs, bir ton narkotik və 22 qumbaraatan - Narkotik polisinin HESABATI

Avropaya qeyri-leqal narkotik axınının qarşısını kəsmək "Evropol" əməliyyatlar həyata keçirir və mediada mütəmadi olaraq bu barədə məlumatlar verilir.

Stopnarkotik.az xəbər verir ki, qurumun keçirilən narkotik əməliyyatları barədə məruzəsinə görə, noyabrın ortalarında 26 ölkənin polis qüvvələri Avropanın xarici sərhədlərində genişmiqyaslı əməliyyatda iştirak edib. Əməliyyat gedişində 566 nəfər həbs edilib və bir tona yaxın qanunsuz narkotik maddə aşkar edilib. Agentlər həmçinin 22 qumbaraatan ələ keçirə biliblər. Mütəşəkkil cinayətkarlığın qarşısının alınmasına gəldikdə, ölkələrarası polis xidmətləri getdikcə daha çox əməkdaşlıq edir. "Europol"un əhatə etdiyi ölkələrin "Cənub-Şərqi Avropada Cinayət Təhdidlərinə Qarşı Avropa Multidisiplinar Platforması" (EMPACT) çərçivəsində fəaliyyət günləri əla nəticələr verib. Narkotik maddələrin ələ keçirilməsi üçün AB-nin xarici sərhədləri daha intensiv şəkildə izlənilib.
Ümumilikdə, Bosniya, Moldova, Albaniya və Makedoniya kimi Aİ-yə daxil olmayan ölkələr də daxil olmaqla, 26 ölkədə tədbirlər həyata keçirilib. Yoxlamalar həm oflayn, həm də onlayn rejimdə aparılıb. Onlardan 218-i insan qaçaqmalçılığı, 186-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 69-u silah alverində şübhəli bilinən 566 nəfər saxlanılıb. Külli miqdarda narkotik aşkar edilib, 2200-dən çox insan sərhədi qanunsuz keçmək istəyib.

Stopnarkotik.az