Baydenin oğluna 9 ittiham irəli sürülüb - Onu 17 il həbs gözləyir

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınmaq ilə bağlı 9 bənddən ibarət ittiham irəli sürülüb.

Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, H.Bayden 2016-2019-cu illər ərzində 1,4 milyon dollar həcmində federal vergiləri ödəməməkdə ittiham edilir. 

O, həmçinin etibarsız vergi bəyannaməsi təqdim etməkdə təqsirləndirilir. 

“Fox News” telekanalının məlumatına görə isə, Baydenin oğlunu 17 ilə qədər həbs cəzası gözləyə bilər.