Bayden namizədliyini geri götürməyə qərar verdi

“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”.

Bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib.

Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftəsonu elan etməyi planlaşdırır: “Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”.

Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilməyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.