Vəkillər Kollegiyasının qarşısında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun cinayət işi üzrə istintaq Baş Prokurorluqda aparılacaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə lent.az-a mərhumun vəkili Cavid Cəfərov məlumat verib.
O bildirib ki, işin araşdırılması Nərimanov rayon Prokurluğundan alınaraq, Baş Prokurorluğa tapşırılıb. Həmçinin Baş prokuror Kamran Əliyev işin istintaqını şəxsən nəzarətə götürüb.