Bakının mərkəzində nömrəsiz maşınla "hoqqa" verən şəxs həbs edildi

Bakıda dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən şəxs barəsində tədbir görülüb.

Hadisə Nərimanov rayonunda baş verib. BŞPİ-nin DYPİ-nin 10-cu tağımımın əməkdaşları Koroğlu Rəhim və və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində nömrəsiz hərəkət edən “Kia Sorento” markalı avtomobili müəyyən ediblər. Onlar həmin avtomobilə saxla əmri versələr də sürücü maşını saxlamadan yol polislərindən birini vurub. Lakin bir qədər hərəkət edənsən sonra avtomobil qarşıda tıxaca düşərək dayanıb.

Polis əməkdaşları sürücüyə yaxınlaşarkən onun spirtli içkiqəbul etməsi də məlum olub. Ağdaş rayon sakini olan və Bakı şəhər Sabunçu rayonu ərazisində yaşayan 1994-cü il təvəllüdlü şəxs digər polislərin də köməkliyi ilə saxlanılaraq bölməyə aparılıb. O, saxlanılarkən qazi olduğunu iddia edib və nömrəsiz maşın sürmək hüququnun olduğunu deyib.

Daha sonra Nərimanov rayon Məhkəməsinə aparılan sürücüyə 8 sutka müddətinə inzibati həbs cəzası təyin edilib./publika.az