Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Əhməd Cavad küçəsində qeydə alınıb.
Orada yaşayan, 1958-ci il təvəllüdlü Vasiliy Strekalov yaşadığı evin damından özünü asıb.
Onun asılmış meyitini ailəsi aşkar edib. İntiharın səbəbləri məlum deyil.
Mərhumun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.