Bakıda sürücü sükan arxasında ölüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Ziya Bünyadov küçəsində qeydə alınıb.
30-35 yaşlı sürücü avtomobili idarə edərkən ölüb, bu zaman avtomobil səkiyə çırpılıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlkin məlumata görə, sürücü ürəktutmadan ölüb./apa