Bakıda 25 000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 25.000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.