Bakıda professorun meyiti tapıldı - YENİLƏNİB

Bakıda mənzildən meyit tapılıb.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən cəbər verir ki,, aprelin 24-ü saat 12 radələrində 1947-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Quliyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Yasamal rayonu Şərifzadə küçəsi ev 408 ünvanındakı mənzildə tapılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bildirilib ki, vəfat edən R.Quliyeva Bakı Slavyan Universitetinin Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub.

Universitetin rektoru Anar Nağıyev sosial şəbəkədə onun vəfatı ilə əlaqədar başsağlığı paylaşaraq R.Quliyevanın son günlərədək elmi fəaliyyətini davam etdirdiyini və bir neçə gün öncəyədək universitetə gəldiyini qeyd edib.  

***09:35

Bakıda evdən qadın meyiti tapılıb.

Stopnarkotik.az xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evdə  üzərində zorakılıq əlamətləri olmayan naməlum qadın meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.