Bakıda oktyabrın 4-ü özünü binadan atan qadın müalicə aldığı xəstəxanada vəfat edib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Nərimanov rayonu, Əliyar Əliyev, 1 ünvanında baş verib.
Məlumata görə, canına qəsd edən 25 yaşlı Aişə Şıxbabayeva şirkətlərin birində qeydiyyatçı vəzifəsində çalışırmış. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.