BAKIDA OLAY: xəstə baş həkimin otağına benzin töküb yandırdı - YENİLƏNİB-1

Bakıda 9 saylı poliklinikada baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

***15:21

Paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır.

***14:58

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Xəsarət alanın olmadığı bildirilir, əlavə məlumat veriləcək.